Dünya futbolu
“Zirə”dən ayrılan futbolçu Moldova klubunda
Mövsümün sonunda “Zirə” ilə yollarını a…
Mövsümün sonunda “Zirə” ilə yollarını ayıran Aleksandr Dedovun yeni klubu məlum olub.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu Moldovanın “Petrokub” klubuna transfer olunub. Bu barədə Moldova təmsilçisinin “facebook” səhifəsi məlumat yayıb. Dedovla imzalanan müqavilənin detalları açıqlanmayıb. Yarımmüdafiəçi yeni klubunda 7 nömrəli formanı geyinəcək.
2018-ci ilin yayında “Zirə” yə keçən Dedov, “qartallar”ın forması ilə 36 qarşılaşmada 6 qol vurub.