Dünya futbolu
Buffon “Yuventus”a qayıtdı – RƏSMİ
İtaliya çempionu “Yuventus” əfsanəvi futbol&cced…
İtaliya çempionu “Yuventus” əfsanəvi futbolçusu Canluici Buffonu yenidən sıralarına qaytarıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Təcrübəli futbolçu artıq tibbi müayinədən keçmək üçün Turin şəhərinə gəlib. Onun tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.
Peşəkar karyerasına “Parma”da başlayan, 2001-2018-ci illər aralığında “Yuventus”da çıxış edən Buffon, ötən yay PSJ-yə transfer edilmişdi. O, Paris klubunun heyətində 25 oyuna çıxıb, Fransa çempionu və superkubokun qalibi olub.