Dünya futbolu
“Mançester Siti” yeni transferini rəsmən açıqladı
İngiltərə çempionu “Mançester Siti” Madri…
İngiltərə çempionu “Mançester Siti” Madrid “Atletiko”sundan transfer etdiyi Rodriqo Hernandesi rəsmən təqdim edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Artıq Rodriqonun forma nömrəsi də məlum olub. 23 yaşlı yarımmüdafiəçi “şəhərlilər”də 16 nömrəli forma altında çıxış edəcək.
Bundan əvvəl 16 nömrəli formanı Serxio Aquero geyinirdi. Argentinalı hücumçu 2015-ci ildən isə 10 nömrəli forma ilə mübarizə aparır. 16 nömrəli forma 2015-ci ildən bəri boş idi.
“Mançester Siti” Rodriqo üçün “Atletiko”ya 70 milyon avro təzminat ödəyəcək.