Ölkə futbolu
“Səbail”i keçə bilərik” – rumıniyalı məşqçi
“Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsin…
“Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure komandasının mərhələ adlamaq şanslarını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis Azərbaycan təmsilçisini keçə biləcəklərini söyləyib:
"Qarabağ" kimi güclü komanda ilə yoldaşlıq oyunu keçirdik. Bilirsiniz ki, bu komanda Çempionlar Liqası və Avroliqanın qrupunda oynayıb. "Səbail" haqda isə məlumatım yoxdur. Daha əvvəl qarşılaşmamışıq. Ona görə də indidən nəsə deyə bilmərəm. Ancaq düşünürəm ki, onları keçə bilərik".
Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda "ASCO Arena"da keçiriləcək və yerli vaxtla 20:00-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra Rumıniyada olacaq. Həmin matç isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.