Ölkə futbolu
“Qarabağ” “Partizani” ilə oyunun hazırlığına start verdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qaraba?…
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” iki günlük istirahətin ardından UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Albaniya çempionu “Partizani”ylə ilk oyunun hazırlığına start verib.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi günü iki məşqlə başa vurub. İlk məşq yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb və saat yarım davam edib. Futbolçular bu məşqdə fiziki təmrinlər və toplu hərəkətlər üzərində çalışıb. İkinci məşq isə yerli vaxtla 18:00-da start götürüb. İlk məşqdən fərqli olaraq, bu məşqdə komanda isinmə hərəkətlərin ardından ikitərəfli oyun keçirib.
Qeyd edək ki, zədəli futbolçular – Qara Qarayev və Rəşad Sadıqov zədələrini sağaldaraq komandaya qoşulub, yeni transfer Aylton Silva da komandayla ilk məşqinə çıxıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə