Ölkə futbolu
Elnur Cəfərov yenə Rəfiyevin yanında
Raid Rəfiyev Xorvatiyaya, ardınca Portuqaliyaya apardığı, lakin b…
Raid Rəfiyev Xorvatiyaya, ardınca Portuqaliyaya apardığı, lakin bu ölkələrin klublarında möhkəmlənə bilməyən Elnur Cəfərova klub tapıb. “Sumqayıt”ın menecer-prezidenti hər dəfə transferindən xeyli kompensasiya, eyni zamanda AFFA-dan qonorar aldığı yarımmüdafiəçini öz klubuna götürüb.
Ötən mövsümü “Keşlə”də keçirən, lakin hətta məşqlərə gəlmədiyi üçün qovulan Elnur “Sumqayıt”ın əvəzedici heyətinə cəlb olunub. O, ağlını başına yığsa, tənbəlliyin daşını atsa və xarakterinə əl gəzdirsə, əsas heyətə də qoşula bilər. Lakin bunun üçün Cəfərov özünü “Sumqayıt-2”də sübut etməlidi. Əsas komandanın baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçiyə şans vermək üçün uyğun zamanı gözləyəcək.
“Xəzər Lənkəran”ın azsaylı yetirmələrindən olan Elnur bu komandadan başqa “Neftçi”də də oynayıb. Xorvatiya “Duqopolye”sində 13 matça çıxan Cəfərov Portuqaliya “Tondela”sında bir neçə gün, “Keşlə”də 2-3 ay keçirib.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov