Dünya futbolu
Milli karyerasını başa vurdu
Türkiyənin “Trabzonspor” klubunun yarımmüdafi?…
Türkiyənin “Trabzonspor” klubunun yarımmüdafiəçisi Con Obi Mikel Nigeriya yığmasındakı karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, o, bu qərarını Misirdə təşkil olunan Afrika Millətlər Kubokunda bürünc medal qazandıqları Tunislə 3-cü yer uğrundakı oyundakı oyundan sonra açıqlayıb:
“32 yaşım var. Milli komandadan ayrılmağın, bayrağı gənclərə ötürməyin zamanı gəldi”.
Ölkəsinin millisində 18 yaşında debüt edən Mikel, bütövlükdə 89 oyuna çıxıb, 6 qola imza atıb.
Klub karyerasında “Lin”, “Çelsi”, “Tianjin TEDA” və “Middlsbro” klublarında da oynamış yarımmüdafiəçi, bu ayın əvvəlində “Trabzonspor”la 2+1 illik müqavilə imzalayıb.