Ölkə futbolu
Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi…
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb. Bu barədə Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən oxu.az saytı xəbər vermişdi.
Belə ki, məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci polis şöbəsinə müraciət edib. Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.
Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır. Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.
“Futbolinfo” olaraq bu xəbərlə bağlı təfərrüatları dəqiqləşdirməyə çalışdıq. Aydın oldu ki, əvvəllər “Xəzər-92” klubunda məşqçi işləyən, daha çox ödənişli fərdi qruplar təşkil etməsi ilə yadda qalan Elsevər adlı bu şəxs əsasən Sabunçuda fəaliyyət göstərib. Əvvəllər boksçu olmuş, hansısa yollarla futbol məşqçisi işləyən cəlilabadlı “mütəxəssis” oxşar əməllərinə görə doğma rayonundan qovulub. Bu dəfə isə faktla tutulub və hazırda bölmədə saxlanılır.