Dünya futbolu
“Atalanta”nın iki futbolçusu “Parma”da
İtaliyanın “Parma” klubu heyətini iki yeni futbol&ccedi…
İtaliyanın “Parma” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası klubu elitanın digər təmsilçisi “Atalanta”nın hücumçusu Andreas Korneliusla yarımmüdafiəçi Deyan Kuluşevskini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kuluşevski bir mövsümlük icarəyə götürülüb. Kornelius isə sonda transfer hüququnun alınması şərti ilə iki illik icarəyə götürülüb.
İsveçin gənclərdən ibarət yığmasının üzvü olan 19 yaşlı Kuluşevski “Atalanta”nın öz yetirməsidi. O, geridə qalan mövsümdə bu klubun əsas komandasında 4 rəsmi oyuna çıxıb.
Danimarka yığmasının üzvü olan Kornelius isə 2017-ci ildən “Atalanta”da çıxış edir. O, ötən mövsümü icarə əsasında Fransanın “Bordo” klubunda keçirib. “Kopenhagen”in yetirməsi olan 26 yaşlı forvard İngiltərənin “Kardiff Siti” klubunda da forma geyinib.