Ölkə futbolu
“Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi
UEFA “Qəbələ” və “Neftçi”nin Avropa…
UEFA “Qəbələ” və “Neftçi”nin Avropa Liqasının ikinci mərhələdəki hər iki oyununun vaxtını təsdiqləyib.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, iyulun 25-də keçiriləcək “Qəbələ” – “Dinamo” (Tiflis, Gürcüstan) görüşü Bakı vaxtı ilə saat 19:00-da, “Arsenal” (Tula, Rusiya) – “Neftçi” matçı saat 21:00-da başlanacaq.
Bu cütlüklərin cavab görüşü avqustun 1-də Tiflis və Bakıda olacaq. Hər iki oyun saat 21.00-da start götürəcək.