Dünya futbolu
“Napoli”ni “Benfika”ya dəyişdi
Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbol&cced…
Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Napoli”dən Karlos Vinisiusu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Benfika” Vinisius üçün “Napoli”yə 17 milyon avro təzminat ödəyib.
2018-ci ilin yayında 4 milyon avro qarşılığında “Napoli”yə keçən Vinisius, son mövsümü icarə əsasında “Monako”da keçirib.