Ölkə futbolu
“Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”
İrlandiyanın “Dandalk” klubunun futbolçusu Ceymi …
İrlandiyanın “Dandalk” klubunun futbolçusu Ceymi Makqrat UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqları ilk oyun haqda fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan 22 yaşlı yarımmüdafiəçi, “Qarabağ” haqda məlumatlarının olduğunu deyib:
“Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik. Rəqibimiz yüksək keyfiyyətli komanda kimi görünür, ancaq onlarla oynayana qədər nəyisə təxmin edə bilmirsən. Məşqçimiz Stiven Odonnel bir neçə dəfə “Qarabağ”ı izləyib. O, bizi lazımlı məlumatlarla oyuna yaxşı hazırlayacaq”.
“Qarabağ” “Dandalk”la ilk oyununu səfərdə, iyulun 24-də keçirəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 31-də olacaq.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”