Ölkə futbolu
“Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftç…
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Rusiyanın “Arsenal” klubu bu matçlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tula təmsilçisi, “ağ-qaralar”la oyunlar üçün təqdim etdiyi siyahıya 22 futbolçunun adını daxil edib.
Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, dördü isə hücumçudu:
Qapıçılar: 1. Artur Niqmatullin, 36. Mixail Levaşov, 50. Yeqor Şamov;
Müdafiəçilər: 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kirill Kombarov, 13. Maksim Volodko, 14. Anri Xaquş, 21. Viktor Alvares, 26. Bakari Kone, 71. Aleksandr Denisov;
Yarımmüdafiəçilər: 11. Sergey Tkaçev, 20. Qoran Kauşiç, 22. Daniil Lesoviy, 23. İqor Qorbatenko, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 70. Georgi Kostadinov;
Hücumçular: 10. Evans Kanqva, 17. Quram Acoyev, 30. Aleksandru Tudorie, 48. Yevgeni Lutsenko.
“Arsenal” – “Neftçi” matçı iyulun 25-də, saat 21:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı isə avqustun 1-də keçiriləcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”