Ölkə futbolu
Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi
AFFA Məşqçilər Komitəsi “Kəpəz”in hazırlıq …
AFFA Məşqçilər Komitəsi “Kəpəz”in hazırlıq bazasına çevrilib. Məşqçilər bir müddət burada dincəldilir, istirahət imkanı qazanır, sonra isə Gəncəyə göndərilir.
Vaxtilə Şahin Diniyevlə bağlı yaşananlar təkrarlanır. Bu gün Yaşar Vahabzadə eyni üsulla “Kəpəz”ə baş məşqçi göndərilib. Milli komandalarda uzunmüddətli, amma uğursuz dönəmin ardından indi o, Gəncədə assosiasiyanın ən etibarlı adamlarından biri kimi çalışacaq.
Qərb klubuna baş məşqçi gətiriləcəyi gözlənilən Vidadi Rzayevin isə yalnız köməkçi olması uyğun bilinib. Verdiyi müsahibə ilə AFFA-nı bir-birinə vuran, baş katib Elxan Məmmədovun canına üşütmə salan sabiq yarımmüdafiəçi bununla istənilən iş təklifi ilə susdurula biləcəyini göstərib. Vahabzadənin digər köməkçisi Babək Alxazov da yanındadı. Ayrılmaz cütlük indi “Kəpəz”də qısa işsiz günlərini bitirəcək. Məşqçilər Komitəsində üzv olan Yaşar bəyin yerini kimin tutacağı isə hələ məlum deyil.
Məşqçilərlə bağlı problemin yoluna qoyulduğu “Kəpəz”i kimin idarə edəcəyi isə bilinmir. İslam Abbasov istefa verəndən sonra Müşahidə Şurasının boş qalan sədr postunun İsgəndər Cavadova həvalə ediləcəyi gözlənilir. Müavin olduğu müddətdə qorxusundan bir dəfə də olsun Gəncəyə gedə bilməyən Vaqif Sadıqov yeni hetərdə təmsil olunmayacaq. Cavadovun təyinatı rəsmiləşsə, ona gəncəli Maşallah Əhmədov və Mühman Allahverdiyevin yardım etməsi mümkündü. Amma yerli veteranlar artıq bir dəfə kurator yenə olunduğu bu şəhərdən qovduqları İsgəndər bəyi çətin ki, yaxın buraxsınlar.
Ümumiyyətlə, Cavadovun təyinatı gülməli olacaq. AFFA İcraiyyə Komitəsinin üzvünün, Regional Futbol Federasiyasının prezidentinin hansısa klubda şura sədri olması hüquqi cəhətdən də doğru olmayacaq. Amma digər komitə üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundovun “Keşlədə eyni postu tutduğunu nəzərə alsaq, belə təyinatlar qəribə gəlməməlidi – bizdə hər şey mümkündü. AFFA klublara ayırdığı pulların havaya sovrulmasını yalnız öz kadrlarına həvalə edir.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”