Ölkə futbolu
“Neftçi”dən “Zirə”yə 8 qol
2018/19 mövsümündə 1-ci divizionun bürünc me…
2018/19 mövsümündə 1-ci divizionun bürünc medallarını qazanmış “Neftçi”nin əvəzedici komandası yeni mövsümün hazırlığına başlayıb.
Futbolinfo.az xəbər verir ki, iyulun 15-dən etibarən klubun bazasında məşq edən “ağ-qaralar”ın əvəzediciləri artıq ilk yoxlama oyununda da qüvvəsini sınayıb. Sözügedən kollektiv həmin məkanda keçirilmiş "Zirə-2” ilə yoxlama oyununda 8:2 hesablı qələbə qazanıb.
Avqustun 1-dək hazırlığı doğma bazada davam etdirəcək "Neftçi-2” iyulun 27-də "Sumqayıt-2” ilə sınaq matçında üz-üzə gələcək. "Ağ-qaralar” gələn ayın 2-dən 14-dək "Ruslan-93”də təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu nəzərdə tutulub.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”