Ölkə futbolu
Yeni təyinat üçün istefanı gözləyirlər
“Səbail”də verilən yeni qərarlar məşqçilər h…
“Səbail”də verilən yeni qərarlar məşqçilər heyətinə də təsir edəcək. Klub rəhbərliyinin xüsusi planı var.
“Klub rəhbərliyi” deyərkən, əsasən icraçı direktor Ramin Həsənov nəzərdə tutulur. AFFA-nın baş katibi Elxan Məmmədovun klubdakı sağ əli əsas maliyyə nəzarətçisidi. Müşahidə Şurasının üzvləri kimi o da ağasından təlimat alır.
Futbolçuların maliyyə sıxıntısı ilə qorxudulub qovulmasından sonra baş məşqçi Aftandil Hacıyevin də eyni qərarı verməsi gözlənilir. Çünki onun iddiasız kollektivdə qalması az ehtimal olunur. Bildiyimizə görə, Hacıyev istefa vermək fikrində deyil və büdcəyə, şəraitə görə işləməyə də razıdı. Amma son 2 ayda komandaya yaxın gəlməyən, belə vacib məqamda ön plana çıxan Həsənovun onun üçün bir ssenari cızacağı aydındı.
Aftandil bəyin yola salınması indi bu dəstənin əsas hədəfidi. Artıq onu əvəz edəcək şəxsi də müəyyənləşdiriblər. Amma Hacıyev hələ istefa verməyib. Onun gedişi ilə “Səbail”də baş katib xəttinin qələbəsi təmin olunacaq. İndiki baş məşqçinin dəstəkçilərinin nə qədər söz sahibi olduğunu qarşıdakı günlər göstərəcək.