Ölkə futbolu
“Kəpəz”ə milyonlar ayrılacaq – buna görə də…
Yaşar Vahabzadənin “Kəpəz”in baş məşqçisi t?…
Yaşar Vahabzadənin “Kəpəz”in baş məşqçisi təyin olunması təsadüf deyil. AFFA rəhbərliyi Gəncəyə öz sevimli kadrlarını göndərməkdə məqsəd güdür.
Qarşıdakı mövsümdə divizionun çempionu olması üçün hər cür şərait yaradılacaq komanda, 2020/21 mövsümündə Premyer Liqada oynamalıdı. Həmin çempionatda komanda sayı da artırılacaq və “Kəpəz”ə yaxşı şərait yaradılacaq. 3-4 milyon manatlıq büdcəni başqasına etibar etməyən assosiasiya bu səbəbdən bacarıqsız olmasına baxmayaraq, sevimli məşqçisinə şans verir.
Məhz gələcəyi düşündüyü üçün AFFA indidən kluba tam sahiblənmək niyyətindədi. Klub rəhbərliyinə də tamamilə etibar etdikləri birini qoyacaqlar, gəncəli veteranlar, mütəxəssislər kənarda saxlanacaq. Amma…
…Amma iş ondadı ki, “Kəpəz”də belə etibarlı adamların nələr etdiyini artıq bir dəfə görmüşük. Mikayıl Nərimanoğlu məhz Gəncədəki fırıldaqlarına görə futbol səhnəsindən silindi. Həm də AFFA-dakı himayədarları ilə şərikli gördüyü işlərin məsuliyyəti onun boynuna yükləndi və indi də gizlicə maaşını alaraq susur.