Dünya futbolu
“Monako” imtina etdi, “Milan”a döndü
İtaliyanın “Milan” klubunun futbolçusu Andre Silv…
İtaliyanın “Milan” klubunun futbolçusu Andre Silvanın “Monako” ilə razılıq əldə etdiyini xəbər vermişdik.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu transfer reallaşmayacaq. Buna səbəb, 23 yaşlı futbolçunun tibbi müayinədən uğurla keçə bilməməsidir. “Knyazlıq klubu”na keçidi məsələsi bağlanan futbolçu, yenidən “Milan”a qayıdıb.
Portuqaliyalı futbolçu ilə 5 illik müqavilə üçün razılaşan “Monako”, bu transferə görə “qırmızı-qaralar”a 25 milyon avro ödəyəcəkdi. Silvanın transferindən sonra Fransa klubunun Radamel Falkaonu komandadan göndərməsi gözlənilirdi.
2017-ci ildən “Milan”da çıxış edən futbolçu, son mövsümü icarə əsasında “Sevilya”da keçirmişdi.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu