Ölkə futbolu
“Qarabağ” “Udineze”dən futbolçu alır
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Q…
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni qapıçı transferinə hazırlaşır.
Futbolinfo.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, son Azərbaycan çempionu İtaliya A Seriyasında mübarizə aparan “Udineze”nin qolkiperi Simone Skuffetlə yaxından maraqlanır.
“Köhlən atlar”ın italiyalı qapıçıya ilk təklifi göndərdiyi bildirilir. Futbolçunun yaxın günlərdə bu təkliflə bağlı yekun qərarı verəcəyi gözlənilir.
2013-cü ildən “Udineze”nin əsas heyətində çıxış edən 23 yaşlı qapıçı, son mövsümü icarə əsasında Türkiyənin “Kasımpaşa” klubunda keçirib. Onun İtaliya klubu ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.