Ölkə futbolu
“Dinamo”nun baş məşqçisi: “Şanslar bərabərdi”
Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş mə…
Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Visente Miranda Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Bu günkü matçda ən yaxşı komanda idi. Fərqi yoxdu ki, kim neçə dəqiqə oynadı. Futbolçularımızın hamısı meydanda canlarını qoydular. Bu, istədiyimiz yoldu və ona davam edəcəyik.
– Oyundan öncə demişdiniz ki, 0:0 hesablı heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də sizi qane edir. İndiki nəticədən sonra nə düşünürsünüz?
– Əlbəttə, səfərdə 2:0 hesablı qələbə bizim üçün yaxşı nəticədi. Ancaq unutmamalıyıq ki, “Qəbələ” yaxşı rəqibdi. Əlimizdən gələni etməliyik ki, cavab matçında üstünlüyümüzü qoruyaq və növbəti mərhələyə keçən komanda biz olaq.
– Yaxşı oynasaz da, bəzi anlarda zəif çıxış etdiz və rəqib sizi cəzalandıra bilərdi…
– Bir qol daha artıq vura bilərdik. Açığı, rəqib də səviyyəli komandadı, yaxşı futbolçuları var. “Qəbələ” də bizə tam rahat oynamağa imkan vermədi. Ancaq ümumilikdə istədiyimizi həyata keçirə bildik.
– Tiflisdə də burda olduğu kimi, hücum futbolu oynayacaqsınız, yoxsa heç-heçəyə?
– Hər matç üçün oyun modelimiz var. Bu gün yaxşı oynadıq və istədiyimiz nəticəni əldə etdik. Ancaq bizi qarşıda mükəmməl rəqiblə cavab matçı gözləyir. Buna 100 yox, 200 faiz hazır olmalıyıq ki, cütün qalibi biz olaq.
– Komandanız ölkə kubokunu nəzərə almasaq, 10 oyundu ardıcıl qalib gəlir. Bunun sirri nədi?
– Bizim üçün komanda ruhu önəmlidi. Ümumi amalımız var və bunun üçün vuruşuruq. Bu qələbə seriyasına görə bütün heyətimizi təbrik edirəm.
– "Qəbələ”nin yaxşı rəqib olduğunu durmadan qeyd edirsiz. Hansı komponentlər diqqətinizi çəkdi ki, onu bəyndiniz?
– “Qəbələ” çox kompakt, aqressiv oynayan komandadı. Fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları var. Hər an bizə təhlükə yaradan komandadı. Xüsusilə standart vəziyyətlərdə. “Qəbələ”nin yarımmüdafiə və hücum xəttini xüsusislə qeyd edərdim. Tiflisdəki matçda gərək topa daha çox nəzarət edən tərəf biz olaq ki, mərhələni keçək.
– Bunadək şansları bərabər dəyərləndirmişdiz. İndi səmimi olsanız, şansları necə faiz qiymətləndirərsiz?
– Yenə fikrimdə qalıram. Bunu səmimi şəkildə deyirəm. Bizə görə bu hesab çox təhlükəlidi. Bunu oyundan sonra paltardəyişmə otağında da komandayla müzakirə etdik. (sport24)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…