Bizi izləyin

Müsahibə

Fariz Nəcəfov: “Tale Heydərov komandadan diqqətini çəkməyib”

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “qırmız?…

blank

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “qırmızı-qaralar”ın öz meydanında Gürcüstanın “Dinamo” (Tblisi) klubuna uduzduğu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Sizcə, məğlubiyyətin səbəbi nə oldu?
– Səbəb birmənalı olaraq komandanın yeni qurulmasıdı. Əsas heyətdə ötən mövsüm də oynayan, səhv etmirəmsə, cəmi iki futbolçu var idi. Tam gənc və yenilənmiş komandadı. İnanıram ki, zamanla daha yaxşı oyunlarımız olacaq.

– Matçdan əvvəl qələbəyə inam var idi?
– İnam həmişə var. Matçdan əvvəl də komanda ilə danışmışdıq ki, sona kimi mübarizə aparmaq lazımdı. Təəssüf ki, gücümüz buna yetdi.

– Belə bir fikir var ki, keçənilki komanda bu rəqibə asanlıqla qalib gələrdi.
– Bunu bilmək olmur. Ancaq sözsüz ki, keçənilki komanda daha güclü idi. Bir daha vurğulamaq istəyirəm ki, tam yeni və əsasən gənclərdən qurulmuş komandadı. Başqa bəhanə axtarmaq istəmirəm.

– Bu nəticədən sonra demək olarmı ki, “Qəbələ” üçün avrokubok mövsümü bitdi?
– Mən proqnoz verməyi xoşlamıram. Ancaq bu oyunumuza görə səfərdə belə məğlubiyyətin əvəzini çıxmaq çətin görünür. Ehtiyatda oyunçumuz azdı. Oyunu dəyişə biləcək qüvvəmiz yoxdu.

– “Qəbələ”nin strategiyanı birdən belə dəyişməsinin əsas səbəbi nə oldu?
– Buna səbəb büdcənin aşağı düşməsidi. Büdcənin azalması ilə yalnız belə strategiya seçmək olardı. Bu da gözlənilməz bir şey deyildi. Əvvəldən bilirdik ki, büdcədə azalma olacaq və daha çox yerli gəncləri oynatmalıyıq.

– Bu komanda çempionatda nəyə nail ola bilər?
– Daha yaxşı oyun və nəticələr gözləyirəm. Bir qədər zamana ehtiyac var. Gənc və perspektivli futbolçularımızın özlərini daha yaxşı göstərəcəyinə inanıram.

– Keçən il komandanın aparıcı futbolçusu olanlardan heç olmasa 1-2-ni saxlamaq olmazdı? Məsələn, Adeniyini…
– Bu barədə çox söhbətlər gedir. Mən sizə tam səmimi deyirəm. Büdcəmiz nəyə imkan veribsə, ondan maksimum istifadə edib, bu komandanı düzəltmişik. Adeniyinin maaşı çox yüksək idi. Biz onu satmışıq və o puldan yeni futbolçu gətirmişik. Tam futbol prinsipləri çərçivəsində biznes qurmuşuq bugünkü komandanı yaratmaq üçün. Belə deyək, bir futbolçunu göndərib, yerinə ikisini gətirmişik.

– “Qəbələ” həmişə iddialı komanda olub. İndiki durum prezident kimi sizə üzücü gəlmir?
– Əlbəttə. Hamı istəyir ki, güclü, iddialı “Qəbələ” olsun. Həm çempionatda uğurlu çıxış etsin, həm avrokubokda bizi yaxşı təmsil etsin. Ancaq indi tutduğumuz strategiyadan rahatam. Artıq neçə illərdi akademiyada yetişdirdiyimiz futbolçuların bəhrəsini görməyə çalışırıq. Bir nüçə yetirməmizi xarici komandalara göndərmişik. Onlardan da gözləntimiz var ki, daha baha satılarlar. Biz işimizi biznes layihəyə çevirmişik. Nə dərəcədə alınacağını görəcəyik.

– Adətən Azərbaycanda bu strategiyaya keçən klublar sonradan dağılırlar. “Qəbələ”ni bu təhlükə gözləmir?
– Çox çətin sualdı. İnanmıram ki, klub tam dağılsın. Belə bir gözləntim yodu. Bu haqda fikirləşmək də mənim üçün çox ağırdı. Belə bir infrastruktur, akademiyanın dağılması faciəvi olar. Mənim üçün istisna bir hal olar. İnanmıram belə şey olsun. Komandanın yaşaması üçün nə lazımdısa, mən etməyə hazıram.

– Belə bir fikir var ki, illərdi komandanın çempion ola bilməməsiylə Tale Heydərov küsdü futboldan. Siz ona yaxın adamsız, belə bir şey var idimi?
– Xeyr.

– Diqqətini çəkməyib ki, komandadan?
– Qətiyyən. Bugünkü oyunla bağlı da epizodlar barədə yazırdı. Diqqəti klubdadı. Necə ola bilər ki, illər ərzində qurduğun bir şeydən birdən diqqətini çəkəsən…

– Gələcəkdə “Qəbələ”nin yenidən iddialı olmasına ümid varmı?
– Təbii ki, var. Bununla yekunlaşdırmaq olmaz. Tale müəllim yaratdı klubu, maliyyə ayırdı, ancaq o demək deyildi ki, həmişə eyni cür davam edəcək. Əvvəl büdcə yuxarı idi, ona uyğun da komanda var idi. İndi çalışırıq ki, az büdcə ilə yaxşı iş görək. Gələcəkdə daha yaxşı ola bilər.

– Əvəzedici komanda I Divizionda oynayacaq? Olmasa, 100 min manat cərimə gözləyir klubu…
– Mən bu gün Elxan Məmmədovla da danışdım. Bizim əvəzedici komandada demək olar ki, futbolçu yoxdu. U-17-lər bu il U-19-dadı. U-19-ların bir hissəsi əsas komandada, yarısını da icarəyə vermişik. AFFA-nın bununla bağlı ayırdığı büdcə bölgə komandası üçün azdı. Elxan müəllim dedi ki, “Qəbələ”nin istisna hal kimi qəbul edilməsi ilə bağlı bu məsələyə baxılacaq. Lazım olan büdcə yaransa, iştirak edəcəyik, əks halda yox. (komanda.az)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm