Dünya futbolu
"Arsenal"ın qapıçısı hücumçulardan narazıdı
"Uşaqlar fərqli mövqelərdə oynayırlar, onlara baxılır…
"Uşaqlar fərqli mövqelərdə oynayırlar, onlara baxılır. Həmçinin iki yeni hücumçu gəlib" – bunu "Arsenal"ın qapıçısı Mixail Levaşov deyib.
28 yaşlı qolkiper yerli mətbuata açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirilən oyunu dəyərləndirib. Levaşov az adamla hücuma çıxmalarından narazılıq bildirib: "Komandada laqeydlik yox idi, məşqə də, oyuna da eyni həyəcanla çıxmışdıq. Ancaq ümumilikdə hücumda futbolçular bir-birilərini başa düşmürdülər. Fikrimcə, daha 1-2 oyunçunun hücuma çıxması bizə mane olmaz".
Qeyd edək ki, "Neftçi" Dario Frederikonun yeganə qolu ilə səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 1-də "Bakcell Arena"da baş tutacaq.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”