Dünya futbolu
İtaliya millisinin sabiq üzvü yenidən A Seriyasında
İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu…
İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparacaq bu klub müdafiəçi Salvatore Bokkettini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vaxtilə İtaliya yığmasında da oynamış təcrübəli futbolçu 2013-cü ildən Moskva “Spartak”ında çıxış edirdi. 2015-ci ildə “Milan” onu Rusiya klubundan icarəyə götürsə də, cəmi Salvatorenin bu komandadakı karyerası cəmi bir dövrədən ibarət olub. Bokketti “Spartak”dan öncə Rusiyada 3 mövsüm “Rubin”in də uğurları üçün çalışıb.