Dünya futbolu
De Rossi rəsmən Argentina klubunda
İtaliya yığmasının və “Roma”nın sabiq futbolç…
İtaliya yığmasının və “Roma”nın sabiq futbolçusu Daniele De Rossinin Argentinanın “Boka Xuniors” klubuna keçidi tam rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ötən gün Argentinada tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən "Roma"da çıxış edirdi. O, yetirməsi olduğu paytaxt klubunda 616 oyuna çıxıb, 63 qol vurub, 54 məhsuldar ötürmə müəllifi olub.