Dünya futbolu
Şeydayevdən qol ötürməsi, “Dinamo”dan qələbə
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları …
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ural”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb. Komandasının vurduğu hər iki qolda Şeydayev də yaxından iştirak edib. Xüsusilə ikinci qolda topu rəqibin cərimə meydançasına qədər daşıyan futbolçumuzun məhsuldar ötürməsi həlledici olub.
“Dinamo” 3 turdan sonra 4 xalla 16 kollektiv arasında 7-cidi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə