Dünya futbolu
Super Liqa klubundan daha 3 transfer
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbol&c…
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi belçikalı vinger Nill De Pauv, yunanıstanlı mərkəz müdafiəçisi Dmitrios Xatzisayas və Almaniyada anadan olan türk əsilli Erdinç Karakaşı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belçikanın “Sulte Varegem” klubundan transfer olunan 29 yaşlı De Pauvla 2 illik müqavilə imzalanıb. Sağ cinah oyunçusu Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb. O, əvvəllər “Lokeren” və “Genqam”da da forma geyinib.
Xatzisayas PAOK-dan transfer olunub. 26 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. 2016-cı ildə “Panionios”dan PAOK-a transfer olunan müdafiəçi, son iki mövsümü icarə əsasında “Atromitos”da keçirib.
Erdinç Karakaş isə “Köln”dən transfer olunub. “Boxum” və “Şalke”nin aşağı yaş qrupları üzrə komandalarında futbolun sirrlərinə yiyələndikdən sonra, o, məhz “Köln”ə üz tutub. 21 yaşlı sol cinah müdafiəçisi “Rizəspor”la 3+1 illik müqaviləyə imza atıb.