Ölkə futbolu
Millimizin sabiq futbolçusu rəsmən Almaniya klubunda
Ötən mövsümün sonunda “Zirə”dən ayr…
Ötən mövsümün sonunda “Zirə”dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bir müddət əvvəl “Keşlə” ilə anlaşan, hətta bu klubla müqavilə bağlamaq üçün Bakıya gələn millimizin 31 yaşlı sabiq hücumçusu son anda keçmiş klubu ilə danışıqları dayandıraraq Almaniyaya qayıtmışdı.
Artıq Pərdisin yeni mövsümdən Almaniyada oynayacağı dəqiqləşib. Belə ki, o, Regional Liqa təmsilçisi “Viktoriya” (Berlin) ilə bir illik müqavilə imzalayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Pərdis 2012-ci ildə Azərbaycana gəlmişdi. O, 2016-cı ilə qədər "Sumqayıt"da çıxış edib, 2016-2018-ci illərdə "Keşlə"nin şərəfini qoruyub. Hücumçu Azərbaycan yığmasında da 6 oyun keçirib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi