Dünya futbolu
Novruzovdan Moldovada ilk oyunda qol
Moldovanın “Dinamo-Avto” klubu mövsümün qa…
Moldovanın “Dinamo-Avto” klubu mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun yenicə müqavilə bağladığı sözügedən klub Moldovanın 1-ci liqa təmsilçisi “Tiqina” ilə qarşılaşıb.
Dörd qolun qeydə alındığı qarşılaşma Tiraspol təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 3:1. Nurlan da bu oyunun iştirakçısı olub. Debüt edən azərbaycanlı futbolçu ilk matçındaca qol hesabını açıb. O, uzaq küncü dəqiq nişan almaqla komandasının sonuncu qoluna imza atıb.
Moldova çempionatında fasiləyə avqustun 3-də yekun vurulacaq. “Dinamo-Avto” isə bir gün sonra səfərdə "Petrokub"la qarşılaşacaq. 26 yaşlı azərbaycanlı forvardın da həmin gün Moldovada rəsmi debüt etməsi gözlənilir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…