Ölkə futbolu
“Neftçi” – “Arsenal” matçının biletləri satışa çıxarıldı
Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi &cced…
Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Arsenal” oyununun biletləri bu gün satışa çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri oyunun keçiriləcəyi "Bakcell Arena” stadionunun kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü.
Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız "Bakcell Arena”nın kassalarında satılacaq.
Xatırladaq ki, avqustun 1-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyununa saat 21:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…