Ölkə futbolu
“Qarabağ” “Sanderlend”in qapıçısını istəyir
Azərbaycan çempionu “Qarabağ” yeni qapıç?…
Azərbaycan çempionu “Qarabağ” yeni qapıçı axtarışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun İngiltərənin “Sanderlend” klubunun qapıçısı Con Maklaflinə təklif irəli sürdüyü üzə çıxıb.
Bu barədə Britaniyanın “Sunderland Echo” nəşri məlumat yayıb. Şotlandiya millisinin 31 yaşlı qapıçısı ilə Türkiyənin “Trabzonspor” və Bolqarıstanın “Ludoqorets” komandalarının da maraqlandığı iddia edilib.
“Sanderlend”in sahibi Donald Stüart Con Maklaflinə təkliflər olduğunu təsdiqləsə də, onu satmaq niyyətində olmadıqlarını söyləyib:
“Məsələ belədir ki, Conun bizimlə hələ bir illik müqaviləsi var. Con burada xoşbəxtdir. O, müqavilənin müddətini uzatmaq istəyir. Biz bununla əlaqədar onun agentləri ilə danışıqlar aparırıq. Agentlər mənə deyir ki, futbolçunun satışından 1-2 milyon funt gəlir əldə edə bilərsiniz. Mən də soruşdum ki, siz onu 5 milyona sata bilərsiniz? Dedilər ki, yox”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı