Ölkə futbolu
“Sumqayıt”dan Türkiyə klubu ilə heç-heçə
Növbəti mövsümə hazırlığını Ankarada davam etdir…
Növbəti mövsümə hazırlığını Ankarada davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.
Kızılcahamam stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib.
Bu, "Sumqayıt"ın Türkiyədə 4-cü yoxlama görüşü olub. Komanda buna qədər "Petrolul"la (Rumıniya – 2:2) bərabərə qalıb, "Ahal”a (Türkmənistan – 1:0) qalib gəlib, "Diyarbəkirspor"a (Türkiyə – 0:1) uduzmuşdu.
Yoxlama oyunu
29 iyul
Sumqayıt – Gənclərbirliyi 1:1
Qol: Amil Yunanov, 46 – Zarqo Ture, 31.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Peyman Babayi, 10. Əmir Ağayev, 11. Elgün Nəbiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 27. İsmayıl Babayev, 28. Səbuhi Abdullazadə, 77. Cavidan Abbaszadə.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi