Ölkə futbolu
“Qarabağ”ın potensial rəqibləri məlum oldu
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ı…
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bunlar Kiprin APOEL və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdı.
APOEL Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqronun "Sutyeska" komandasını mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi ev oyununda darmadağına imza atıb – 3:0.
Beləliklə, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsindəki rəqibi olan İrlandiyanın "Dandalk" klubunu üstələyəcəyi təqdirdə, məhz APOEL-lə qarşılaşacaq. İlk oyun 6-7 avqustda Nikosiyada, cavab görüşü 13 avqustda Bakıda olacaq.
Azərbaycan təmsilçisi "Dandalk” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Bu zaman rəqib "Slovan" olacaq. Slovakiya komandası 2-ci təsnifat mərhələsində Kosovo "Feronikeli"sini evdə 2:1, səfərdə 2:0 hesabı ilə yenib. "Qarabağ"ın növbəti mərhələdə ilk oyunu avqustun 8-də səfərdə, cavab görüşü isə avqustun 15-də evdə olacaq.
Qeyd edək ki, "Qarabağ" "Dandalk"la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. İyulun 31-də "Dalğa Arena"da baş tutacaq cavab görüşünə saat 21:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…