Ölkə futbolu
Tərlan Əhmədov razı qalıb
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə&rdq…
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” yerli “Osmanlıspor” klubu ilə yoxlama matçı keçirib.
Futbolinfo.az xəbər verir ki, qolsuz başa çatan oyundan sonra baş məşqçi Tərlan Əhmədov paytaxt klubunun mətbuat xidmətinə qısa açıqlama verib:
“Komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, futbolçularımız güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardılar. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq