Bizi izləyin

Ölkə futbolu

Rəşad Sadıqov: “Qarabağ” indi pik formada deyil”

Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya…

blank

Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı kapitan öncə oyunla bağlı danışıb:

– Oyun necə gözləyirdiksə, elə də keçdi. Bilirdik ki, gərgin matç olacaq. İlk oyundan göründü ki, rəqib xarakterli, təslim olmadan mübarizə aparan komandadır. Elə alındı ki, erkən qol vurduq. Belə olanda da bilmirsən ki, hücum edəsən, yoxsa müdafiəyə çəkiləsən. Qol epizodları yaradırdıq, şanslarımız olurdu. İkinci hissənin 10 dəqiqəsində rəqib hücumlara atılmağa, risk etməyə başladı. Həmin anlarda təmkinli oynadıq və daha sonra iki qol vurduq, mərhələ keçdik.

– Yəqin ki, ötən gün APOEL-in “Sutyeska” ilə oyununu (3:0) izləmişdiniz?
– Yeganə bildiyimiz informasiya o idi ki, qalib gəlsək, APOEL-lə, uduzsaq, “Slovan”la qarşılaşacağıq. Qalib gəldik, Nikosiya təmsilçisinə rəqib olduq. Səhv etmirəmsə, ilk dəfə Kipr klubu ilə qarşılaşacağıq. Rəqib təcrübəli komandadı. Bilirik ki, evdə üzərimizdə üstünlük əldə etməyə çalışacaqlar. Əlimizdən gələni edəcəyik ki, ev oyunu öncə sərfəli nəticə qazanaq.

– Komanda üç qol vursa da, çox şansları əldən verdi. Zamanla hər şey düzələcək?
– Özünüz də bilirsiniz ki, bu, hər zaman olub. Bir növ ilk oyundakı kimi oldu. İlk qoldan sonra çoxlu şanslarımız yarandı. Rəqib bir az təzyiq etməyə başladı. Bir anlıq ilk oyunu xatırlatdı. Şükürlər olsun ki, sonluq fərqli oldu. Belə epizodlar olur. Komanda indi pik formada deyil. Ümid edirəm ki, oyundan-oyuna artıracağıq.

– İctimaiyyət belə düşünür ki, bu dəfə püşk “Qarabağ”ın üzünə gülür…
– Mən belə xatırlamıram ki, ictimaiyyət püşkün bizim üzümüzə güldüyünü desin. “Atletiko”, “Roma” ilə oyunlarda bizdən xal qazanmağı gözləyiblər. Bir top fərqiylə uduzanda insanlar məyus olurdu. Bizdən gözlənti çoxdu, bunu da anlayırıq. Püşkdən danışırıq, ancaq ilk mərhələdə “Partizani” hesab 1:0 olanda təzyiq yaratmışdı, ardıcıl 5-6 künc zərbəsi yerinə yetirilirdi. Bu gün də hesabda 1:0 öndə olanda “Dandalk” təzyiq edirdi. Bura Çempionlar Liqasıdı, asan rəqib olmur, təslim olmaq istəyən yoxdu. İndi rəqib təcrübəli APOEL-di. Püşkün hansı komandanın üzünə güldüyünü bilmirəm.

– Azarkeşlərlə polislər arasında insident yaşandı. Həmin anda nə baş verdi?
– Tək mənim deyil, bir anlıq hamının fikri yayındı. Azarkeşlərlə polislərin arasındakı problem bizə də təsir edir. Elə dəqiqələrdə idi ki, rəqib üzərimizdə təzyiq yaratmışdı. Bizim də onlara ehtiyacımız var idi. Bir anlıq baxdıq və dedik ki, oyuna davam edək. Çünki bunun nə bizə, nə də azarkeşlərə faydası olacaqdı. Əlimlə də jest etdim ki, sakitləşsinlər, çünki insident olmasını istəmirdik.

– APOEL-lə səfər oyununda təxribat olacağını gözləmək olar. Çünki daha əvvəl “Neftçi” ilə oyunda azarkeşləri belə edib.
– Bilirik. “Qəbələ” və “Neftçi”nin Kiprdə keçirdikləri oyunlardan xəbərimiz var. Məşqçilərimiz də bunun üzərində işləyəcək. Maksimum səbirli olmalıyıq. İstər meydanda, istərsə də kənarda baş verə biləcək təxribata getməməliyik. Çünki ilk növbədə bizim üçün ən önəmli olan nəticədi. Onların nəticəyə yox, ancaq bizə təsiri ola bilər.

– Mahir Emrelinin adı İspaniya klubları ilə hallanır. Sizcə, o getməlidirmi?
– Tək Mahir deyil, bizdə çox futbolçuya təklif gəlir. Bəzilərində ictimaiyyət bilir, digərlərində isə yox. Belə hallarda məşqçilər və futbolçu söhbət edib, ortaq nəticəyə gəlirlər. Əgər Mahirin gələcəyi üçün xeyirlidirsə, hamımız istəyirik ki getsin, böyük futbol oynasın. Çünki ona uyğun potensialı var. Əgər faydası olmayacaqsa, qalması məsləhətdi.

– Sizin daha əvvəllər İspaniyada oynamaq şansınız olub?
– Mənim belə variantım olmayıb. O vaxt İspaniyaya yollanmışdım, gedəndə bildim ki, məni gözləyən yoxdu. Əslində, belə təklif olmamışdı. (matc.az)

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm