Bizi izləyin

Ölkə futbolu

Ümumi işin nəticəsi: dayanmaq olmaz!

Öhdəsindən gəlinməyəcək vəzifə yoxdu. İstəməli, bunun …

blank
Öhdəsindən gəlinməyəcək vəzifə yoxdu. İstəməli, bunun üçün çalışmalı, ona doğru ən düzgün yolla getməli və rəqibin bütün səhvlərini analiz edib, ondan yararlanmalısan. Roberto Bordin məhz bunları etdi, əsl mütəxəssis kimi çalışdı, əziyyətinin meyvəsini 4 oyuna top buraxmadan qazanılan 4 qələbə ilə gördü.
 
Milli çempionatın növbəti mövsümü daha maraqlı olmalıdı. Barışmaz rəqiblər avrokuboklarda da qiyabi rəqabətdədi. “Qarabağ” rəqiblərini sıradan çıxarır, “Neftçi” ardınca daha yaxşısını etməyə çalışır. Və hər ikisi də buna nail olur. 2 rəqib keçilib, komandalar oyundan-oyuna artırır, daha yaxşı oynamağa başlayır.
 
“Neftçi”nin baş məşqçisi rəqibin ən incə bəndini tapdı. “Arsenal” hər iki oyunda hazırlıqsız yaxalandı. Rəqibin avrokubokda debütant olması ciddi çatışmazlıq idi. Eyni zamanda rusların təmsilçimizə barmaqarası münasibəti bumeranq effekti verdi. Bordin taktiki hazırlıqda həmkarından iti düşündü, futbolçularsa bütün tapşırıqları yerinə yetirdi.
 
Tulada hər şeyi italiyalı həll etmişdisə, Bakıda böyük azarkeş dəstəyi futbolçuların motivasiyasını artırdı. Səbrlə davranan komanda ilk dəqiqələrdəki təzyiqi adladıb, oyunu bərabərləşdirdi. İlk hissədə qol vurulmadı, lakin fasilədən sonra əks-hücum taktikasının bəhrəsini gördük. Komandanın lideri Emin Mahmudov savadlı oyununa məhsuldar ötürmə də əlavə edincə hesab açıldı. Rauf Əliyev tənqidçilərinin cavabını soyuqqanlılıqla vurduğu qolla verdi.
 
“Neftçi”nin müdafiəsini yara bilməyən, yaradıcı oyun baxımından onsuz da “sinifdə qalan” ruslara növbəti zərbələri vurmaq üçün son dəqiqələrədək gözlədik. Və yenə sürətli əks-hücumdan sonra penalti qazanıb, qola çevirdik. Oyuna sonradan girən Rəhman Hacıyevlə Mamadu Mbodjun birgə səyi nəticəsində vurulan 3-cü qol da gözəl alındı. 5-ci müdafiəçi kimi meydana buraxılan Mamadudan standart vəziyyətlər zamanı əsl hücumçu kimi faydalanmaq olar. Onun qol sayı oyun sayının az qala yarısına bərabərdi.
 
Qələbənin Rusiya klubu üzərində qazanılması onun dəyərini bir az da artırır. Siyasi, psixoloji səbəblər bir yana, bu, həm də bizə yuxarıdan aşağı baxanlara mənəvi dərs idi. Ən azı Tuada azərbaycanlıları Moskva bazarlarına görə tanımayacaqlar. Mədəniyyətdə, incəsənətdə və s. sahələrdə olduğu kimi, idmanda da deyəcək sözümüz olduğunu bir daha sübut etdik. Və bunu “Neftçi”nin etməsi ikiqat sevindiricidi. SSRİ çempionatlarını xatırladan təmsilçimiz ənənələrinə sadiqliyini, ən azı postsovet məkanında böyük klub olduğunu isbatladı.
 
Qələbəni yalnız məşqçi və futbolçu heyətinin ayağına yazmayaq. “Neftçi” bu uğura klub kimi nail oldu. Azarkeşlərlə bütünləşmək klub rəhbərliyinin əsas uğurudu. Eyni zamanda klubun struktur olaraq düzgün işləməsi, bütün daşların yerinə oturdulması faydasını verdi. Yaxşı idarəçilik komandanın rahatlığını təmin edincə nəticələr özünü gözlətmədi. Bir daha isbatlandı ki, hər şey strategiyadan, getdiyin yolu bilməkdən asılıdı, büdcələr arasındakı fərqdən yox. “Qarabağ” illərdi yumruq olmağın meyvələrini dərir, indi də “Neftçi” – bir az fərqli formada – bu yola çıxıb.
 
Rusiya klubunu mübarizədən kənarlaşdırmaq böyük nailiyyətdi. Tuladakı qələbəni təsadüf sayanlar cavab matçındakı darmadağından sonra bakılılara daha çox inanmalıdı. “Neftçi” minimal vəzifənin öhdəsindən gəldi. Lakin indi “Bney Yahuda”nı keçmək lazımdı. Vaxtilə Avropa Liqasının qrupuna vəsiqə qazanan ilk klub olmuş “Neftçi” üçün elə ovaxtdan müəyyənləşən vəzifə var. Üstəlik, “Qəbələ”, xüsusilə də “Qarabağ” hədəfləri böyüdüb. 1-2 mərhələ keçmək azarkeşləri razı salmır. Yola çıxmışkən, göstərilən oyunla buna qadir olduğun görünürkən, heyət və büdcə imkan verirkən dayanmaq olmaz. Daha çox motivasiya, daha çox səbr, daha çox çalışmaq…
 
AĞA
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm