Ölkə futbolu
APOEL – “Qarabağ” matçı üçün Massa
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü…
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində APOEL-ə qarşı keçirəcəyi səfər matçının hakim təyinatları məlum olub.
Futbolinfo.az UEFA-ya istinadən xəbər verir ki, Nikosiyada keçiriləcək matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakim David Massa olacaq. Ona Fabiano Preti və Alberto Teqoni yardım edəcək. Dördüncü hakim funksiyasını isə Rosario Abisso yerinə yetirəcək.
Massa ötən mövsüm Avropa Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Arsenal” oyunununda da baş hakim olmuşdu. Matç londonluların 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
APOEL – “Qarabağ” matçı avqustun 6-da keçiriləcək, saat 21:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə