Ölkə futbolu
Azərbaycanlı məşqçi Ukrayna klubunda
Azərbaycanın U-21 millisinin keçmiş baş məşqçisi S…
Azərbaycanın U-21 millisinin keçmiş baş məşqçisi Samir Ələkbərovdan uzun müddət idi ki, xəbər yox idi.
Futbolinfo.az xəbər verir ki, Ələkbərov bir müddətdi Ukrayna Premyer Liqası təmsilçisi “Lvov” klubunda çalışır.
O, klubun baş məşqçisi Boqdan Blavatskinin fiziki hazırlıq üzrə köməkçisi vəzifəsindədi. 50 yaşlı mütəxəssis artıq 2 aydı “Lvov”da fəaliyyət göstərir.
Samir Ələkbərov bir müddət 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini çalışdırıb. O, “Neftçi”, “Xəzər Lənkəran” və “Sumqayıt” kimi klublarda isə köməkçi-məşqçi vəzifəsində olub.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi