Dünya futbolu
Əsgərov qol vursa da, komandası uduzdu
Futbol üzrə Latviya çempionatında 24-cü turun oyunl…
Futbol üzrə Latviya çempionatında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Valmiera” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da Vüqar vurub. Millimizin sabiq forvardı 59-cu dəqiqədə hesab arasındakı fərqi minimuma endirməklə “Liepaya”da qol hesabını açıb. Cari mövsümdə vurduğu qolların sayını 8-ə (digər 7 qolu “Dauqavpils”in heyətində vurub) çatdıran futbolçumuz bombardirlərin yarışında zirvəyə şərikdi.
“Liepaya” hazırda 28 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə