Bizi izləyin

Ölkə futbolu

7 il öncə olduğu kimi

APOEL Kipr futbolunun özü, özəyi deməkdir. 100-ü…

blank

APOEL Kipr futbolunun özü, özəyi deməkdir. 100-ü haqlayan klub federasiyalarından da yaşlıdır. Ölkədə futbol qurumunun yaradılmasının da əsas təşəbbüskarı, səbəbkarı APOEL-dir.

APOEL ruhən yunan klubudur, elə yaradıcıları da onlardır. Fanat-azarkeşlərinin çılğınlığı, tələbkarlığının səbəbləri də yunan psixologiyasındadır… O qədər barışmazdılar ki, daxildə düşmən rəqibləri, "Omoniya" da var…

"Omoniya" ll dünya savaşından sonra Yunanıstanda baş qaldıran vətəndaş müharibəsindən sonra elə APOEL-dən qoparaq yaradılıb. Klubun daxilində qatı millətçilərlə kommunistlərin qarşıdurmasıının nəticəsi yeni yaradılan klub və bu günə kimi davam edən futbol rəqabətindən daha çox düşmənçilik…

APOEL-n tarixən öz oyun ənənəsi var. Dövrdən, heyətindən, futbolçularından asılı olmayaraq meydanda sona kimi mübarizə aparırlar. Zamandan asılı olmayaraq fəlsəfələri intizamlı, döyüşkən, milli ruha söykənən komanda oyunudur…

Hər mövsüm güclü futbolçularını itirsələr də, yenilər gəlir və APOEL heç vaxt öz ruhunu itirmir. Rəqabətədavamlı daxili yarışlarda son onilliyin əvəzolunmaz çempionlarıdırlar…

Avropada da iddialıdırlar. 10-15 ildi top-klubların hegemonluq etdiyi Çempionlar Liqasında kiçik futbol ölkələrindən hansısa klubun "Zenit"i, "Şaxtyor"u keçərək qrup lideri olaraq "Lion"u da adlayıb 1/4 finala kimi irəliləyəni olmayıb. APOEL-dən başqa…

Belə nəticələri olan klub üçün qruplar minimum hədəfdir, son mərhələ deyil. Komandanın mövcud gücündən asılı olmayaraq, çılğın azarkeşləri ancaq nəticə tələb edir, məğlubiyyətləri, uğursuzluqları həzm etmirlər…

"Qarabağ"ı bir-birindən ağır iki oyun gözləyir. BATE, "Şerif" kimi komandalarla oynamaq daha rahatdır. Və burada komandaların gücləri qədər şərait, mövcud münasibətlər, psixoloji məqam böyük rol oynayır.

Heç kimə sirr deyil, yunan Kipri daxilən bizlərə düşmən gözüylə baxır. 90-larda stadionda qalmaqallar, bayraqların yandırılması, 7 il öncə tribunalarda erməni şuarları, pankartları… Qollar vurulduqca meydana atılan kənar əşyalar, hətta toxunulmaz olan media-sektorunda belə jurnalistlərimizə qarşı təzyiqlər, hücumlar…

"Qarabağ" artıq çox təcrübəli komandadır. Dəfələrlə Avropa nəhənglərinə qarşı matçlara çıxıblar, 50-60 min rəqib azarkeşlərinin qarşısında futbol oynayıblar. Bununla yanaşı stadionlarda xoş münasibət, futbol aurası görüblər…

Nikosiyada tribunaları dolduracaq fanat-azarkeşlər komandamızı rəqib yox, düşmən obrazında görəcək. Nə qədər futbolun siyasətdən uzaq olduğunu desək də, 25 min dolu stadion futbolla deyil, döyüşlə, qisasla nəfəs alacaq… "Neftçi"yə qarşı bu addımlar atılıbsa, Qarabağ adına görə daha artığı edilə bilər…

"Qarabağ" qarşılaşmaya sakit hazırlaşmaqla yanaşı klub olaraq önləyici addımlar atsa, daha faydalı olar. UEFA-ya, APOEL-in özünə məlumat xarakterli xəbərdarlıq məktublarının göndərilməsi yerinə düşər, məqsədəuyğun olar…

Bu, görüşü nəzarətdə saxlamaqla yanaşı tək komandaya deyil, UEFA nümayəndələri, hakimlər briqadasının işinə də kömək etmiş olar. İdman prinsipləri öndə olduğu üçün ali futbol qurumu belə siqnallar aldıqda dərhal qarşılaşmaya diqqəti artırır, müvafiq addımlar atılır…

"Qarabağ" rəhbərliyi, məşqçi, futbolçuları səfərlə bağlı təmkinlərini qoruyurlar. Belə də olmalıdır. Bununla yanaşı özlərindən asılı olmayaraq püşk onları "odun" içinə atıb. Nə qədər xoş davranılsa da, Kiprdə, stadionda, tribunalarda psixoloji olaraq düşmən kimi qarşılanacaqlar…

Bir faktı yada salmaq kifayətdir, oyun, qələbə öz yerində, "Neftçi" matçdan sonra da 3-4 saat stadionu tərk edə bilməyib. Polis, xüsusi orqanlar imkan vermirdi. Tribunalarda azarkeşləri gözyaşardıcı qazla stadiondan çıxarırdılar, hətta ziyanını, təsirini oyunda olan jurnalistlərimiz də öz gözlərində faktiki hiss etmişdilər…

Polislər isə yaralı halda bir-bir "Təcili yardım" maşınlarına yerləşdirilib aparılırdı… APOEL rəhbərliyi, rəsmiləri nə qədər özlərini cilovlamağa çalışsa da, fanatlarının qarşısında aciz idilər…

Yuxarıda "Omoniya"nı əbəs yerə xatırlatmadım.
Oyun günü özümüz də görüşə psixoloji olaraq daha inamlı çıxmağımız üçün türk Kipri tərəfə keçdik, tarixi yerləri seyr etdik, bir ruh aldıq… Geri qayıdarkən şəhərin mərkəzində "Omoniya" tərəfdarları qarşımızı kəsdi…

Klubun əsas fan-klubunun rəhbəri, imkanlı restoran sahibi bizi israrla nahara dəvət etdi. Təşəkkürlə imtina etsək də, əl çəkmədilər. 
Stol arxasında "biz stadiona gedə bilməsək də, minlərlə "Omoniya" fanatları "Neftçi"yə azarkeşlik edəcək. APOEL bizim düşmənimizdir, onları udsanız, bu gün bizim bayramımız olacaq" sözlərilə sağollaşdıq…

Şəxsən eyni ölkə klublarının Avropa oyunlarında bir-birinə olan belə münasibətini birmənalı olaraq qəbul etməsəm də, etiraf edim ki, əlavə motivasiya yaradırdı. "Cəhənnəmə" psixoloji olaraq tam hazır yollanırdıq…

APOEL qarşısında çəkinmək olmaz. Onları öz "silah"ları ilə vurmaq lazımdır. İsinmə hərəkətlərindən artıq bütün stadion rəqibi "sındırmaq" istəyir, mədəni dillə desək, təzyiq son həddə çatır…

"Qarabağ" öz oyun üslubu ilə APOEL-i saxlamalıdır, əks halda futbolçu, fanatlarla birgə rəqib "xorla" ağdamlıların üstünə gələcək. Sürətli, intizamlı komanda oyunu, rəqibə qarşı pressinq tətbiq edilməsə, APOEL daha da qızışacaq, təzyiqi artıracaq…

Kiprlilərin ən güclü tərəfi hər oyuna son oyun kimi çıxmaqlarıdır. Qarşılarında bir az çəkinən rəqib görəndə tribunaların amansız dəstəyilə rəqib qapıya şığıyırlar. Bununla yanaşı komanda oyununu, intizamını da yaddan çıxarmırlar. APOEL-ə qarşı tez-tez top itkilərinə yol verilməməlidir…

Hər iki komanda bir-birinə layiq rəqiblərdir. Hər ikisinin kifayət qədər Avropa təcrübəsi var. "Qarabağ" taktiki gedişlərlə yanaşı psixoloji olaraq rəqibə məğlub olmamalı üstün görünməlidir….

"Qarabağ"ın səfər oyununu Moskvada vaxtilə "Pünik"ə qarşı qarşılaşma ilə müqayisə edərdim…Qurban Qurbanov-Rəşad Sadıqov tandemi düşmən sayanların qarşısına necə çıxmaq olduğunu bilirlər, bu mərhələni keçiblər artıq. Yeganə fərq, APOEL "Pünik" deyil, "Real" Madridlə Ç.L.-n 1/4-də qarşılaşan komandadır.

Bunları xatırlatmaqda qətiyyən rəqibi böyütmək, çəkinmək, hətta qorxmaq anlamına gəlməməlidir. O günlər yaşanıb, keçilib, "cəhənnəmdə" APOEL-n elə özünə cəhənnəm yaşadılıb. Sadəcə real duruma bir daha nəzər yetirmək, rəqibi kiçiltməmək şərtilə qarşılaşmaya hərtərəfli tam hazır olmaqdır…

APOEL büdcəsinə görə klublarımızdan üstün ola bilər. Bu, bütün dövrlərdə belə olub. Pul hər şeyi həll etmir və bunu "Neftçi", "Qarabağ", "Qəbələ" Avropada güclü, hətta top-klublar qarşısında dəfələrlə sübuta yetiriblər…

Stadionda səslənəcək hər düşmənpərəst, erməni şüarlarına qarşı futbol qaydaları çərçivəsində "Qarabağ" öz oyunu ilə layiqli cavab verməlidir. Bunun üçün komandanın yetərincə gücü, təcrübəsi, potensialı var.Ən əsası isə Qarabağın adı bunu tələb edir…

Meydanda taktiki gedişlər üzərində dayanmadım. "Qarabağ"ın məşqçilər korpusu APOEL-i heç şübhəsiz detalları ilə təhlil edib.
Rəqib də qarşılaşmaya ciddi yanaşır. Öz oyunlarından sonra baş məşqçilərinin dərhal özünü Bakıya çatdırması, "Qarabağ"ı əyani izləməsi buna sübutdur…

Rəqib elə bir klubdur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq oyunda ilk növbədə psixoloji hazırlıq, motivasiya yüksək səviyyədə olmalıdır, yoxsa nə fiziki durum, nə də ki, taktiki gedişlər fayda verməz. APOEL-lə 90 dəqiqə meydanda psixoloji savaş olacaq…

Azərbaycan "Qarabağ"dan qələbə, ən azından cavab qarşılaşması üçün sərfəli nəticə gözləyr. Bu oyuna futbol fəlsəfəsi ilə yanaşı ilk olaraq meydana milli-mənəvi ruhla çıxılmalıdır. 7 il öncə olduğu kimi…

Uğurlar, "Qarabağ"!

TAHİR SÜLEYMANOV

blank

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm