Ölkə futbolu
“Qarabağ” qalib gəlsə də, Azərbaycan yerində saydı
Avrokuboklarda 3-cü təsnifat mərhələsinə start verilib.
F…
Avrokuboklarda 3-cü təsnifat mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasında 5, Avropa Liqasında 3 görüş baş tutub.
Keçirilən oyunlardan sonra ölkələrin UEFA reytinqi açıqlanıb və bəzi yerdəyişmələr qeydə alınıb.
Azərbaycanın mövqeyi yenə dəyişməyib. Lakin xal hesabımız artıb. Çempionlar Liqasında Kipr APOEL-i üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. Bununla cari mövsümün qazancı 2 xala çatıb.
Son 5 mövsümün nəticələrinə əsasən reytinq xalımız 17,325-ə yüksəlib ki, 25-ci pillədəki Qazaxıstanla aradakı fərq 0,625 xala enib.