Bizi izləyin

Ölkə futbolu

Roberto Bordin: “Bununla kifayətlənmək istəmirik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin A…

blank

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah İsrail təmsilçisi “Bney Yehuda”ya qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis oyuna hazır olduqlarını bildirib:

– Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" çox yaxşı müdafiə olunur. Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdı. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik.

– Mərhələ keçdikcə gözləntilər daha çox artır. Bu amil komandada gərginlik yaratmır?
– Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik.
 
– İsrail komandası hər səhvdən yararlanmağı bacarır. "Arsenal"a qarşı Bakıda keçirdiyiniz oyun üslubuna üstünlük verəcəksiniz?
– Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, "Bney Yehuda" bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar.

– "Bney Yehuda"nın "Arsenal" və "Sperantsa" ilə müqayisədə güclü və zəif cəhətləri hansılardı?
– Hər komandanın fərqli oyun üslubu var. Biz gözəl oyunu və uğurlu nəticəni davam etdirmək istəyirik.

– "Bney Yehuda" sizə daha çox hansı mövqelərdə problem yarada bilər?
– Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar. Amma bizə qarşı necə oynayacaqlarını bilmirəm.

– Futbolçularınızda eyforiya, yoxsa daha çox özünəinamlılıq hiss edirsiniz? 
– Eyforiya "Arsenal" üzərində qələbə qazandığımız gündə qaldı. Ertəsi gündən hamı bu matça kökləndi. Eyforiya yarandığını deməzdim.

– Ötən mərhələlərdən fərqli, bu dəfə ilk oyunu evdə keçirəcəksiniz. Bu, sizin üçün mənfi, yoxsa müsbət haldı?
– Hər bir oyuna fərqli şəkildə yanaşırıq. Sabah evdə oynayacağıq. Ciddi hazırlaşmışıq. Futbolçular bizi nəyin gözlədiyini bilirlər. Düşünmürəm ki, bizə əks təsir edə bilər.

– "Sumqayıt"ın futbolçusu Əmir Ağayev bildirib ki, "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansı sıfırdı. Ancaq siz ehtiyatlı danışırsınız…
– Əmir Ağayevin niyə belə açıqlama verməsi mənə qəribə gəlib. Sabah hakim fitindən sonra hər iki komanda üçün çox şey dəyişə bilər. Buna görə də onun fikri ilə razı deyiləm. Düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, yanlışıq olardı.

– Ömər Buludov, Emin Mahmudov və Baqali Dabonun hazırkı durumu necədi?
– Eminin zədəsi "Arsenal"la ilk oyundan yaranıb. Artıq komanda ilə məşq edir, həmçinin Ömər də. Dabo isə son iki gündü kollektivlə məşq edir. Amma hələ tam hazır deyil. Sevinirəm ki, komandaya qoşulub. Çox güman ki, sabah ehtiyatda olacaq.

– Rauf Əliyev ön xətdə mübarizə aparır və son matçda qol da vurub. Dabo qayıtdıqdan sonra kimə üstünlük verəcəksiniz?
– Rauf çox vuruşur, əzmkarlıq göstərir. Son oyunda da vacib qol vurdu. Bir məşqçi üçün ən xoş məqam bütün heyətin əlinin altında olması olar. Növbəti oyunlarda bütün futbolçuların məşqlərinə baxıb, ən yaxşı "11-liy"i quracam. (matc.az)

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm