Dünya futbolu
“Bney Yehuda”nın futbolçusu xəstəxanalıq oldu
Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neft&cc…
Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Bney Yehuda” ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, İsrail təmsilçisinin müdafiəçisi Paz Ben Arinin qolu qırılıb. Bu barədə “Bney Yehuda”nın “facebook” səhifəsi məlumat yayıb.
“Neftçi” – “Bney Yehuda” (2:2) matçının son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu, Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
Ben Ari qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Müdafiəçinin son durumu İsrailə qayıtdıqdan sonra bilinəcək.
“Bney Yehuda” ilə “Neftçi” arasındakı cavab görüşü avqustun 15-də keçiriləcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə