Dünya futbolu
“Qalatasaray”dan “Monako”ya – RƏSMİ
Fransanın “Monako” klubu heyətini yeni futbolçu i…
Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi son mövsümü Türkiyənin “Qalatasaray” klubunda keçirmiş Henri Onyekurunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan 22 yaşlı nigeriyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Onyekuru 2017-ci ildə Belçikanın “Eupen” klubundan transfer olunduğu “Everton”da heç bir rəsmi oyun keçirməyib. Belə ki, 22 yaşlı hücumçu 2017/18 mövsümünü “Anderlext”də, 2018/19 mövsümünü isə “Qalatasaray”da icarədə keçirib. O, geridə qalan mövsümdə Türkiyə klubunun heyətində 44 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq