Dünya futbolu
Əliyar Ağayev 2 vərəqəylə kifayətləndi
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqası…
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində "LASK Linz" (Avstriya) – "Bazel" (İsveçrə) görüşünü idarə edib. "Linzer" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qalibiyyəti ilə nəticələnib.
Səfərdə 2:1 hesablı qələbə qazanan avstriyalılar doğma meydanda da 3:1 hesablı üstünlük əldə edərək, pley-off mərhələsinə yüksəlib. Ağayev qarşılaşmada 35 dəfə kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib.
Referi bunun fonunda cəmi 2 dəfə əlini cibinə atıb və hər komandadan bir futbolçuya sarı vərəqə göstərib.