Ölkə futbolu
UEFA “Qarabağ”a qarşı daha bir intizam işi açdı
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə…
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə “Qarabağ”a qarşı intizam işi açıb.
Futbolinfo.az xəbər verir ki, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardı.
Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bu məsələyə sentyabrın 19-da baxılacaq (Report).
Bir müddət əvvəl – iyulun 31-də “Dalğa Arena”da keçirilmiş “Qarabağ” – “Dandalk” (3:0) qarşılaşmasının ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insident baş verdiyi üçün UEFA tərəfindən Ağdam təmsilçisinə intizam işi açılmışdı.