Dünya futbolu
Mövsümün ən yaxşısı adına 3 namizəd – UEFA açıqladı
UEFA 2018-19 mövsümünün ən yaxşı futbolç…
UEFA 2018-19 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu ən yaxşı olmağa 3 namizədin adını açıqlayıb.
Bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Liverpul"un müdafiəçisi Vircil van Dayk və "Yuventus"un hücumçusu Kristiano Ronaldodu.
Mövsümün ən yaxşısı avqustun 29-da Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.