Bizi izləyin

Müsahibə

Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqas?…

blank
“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” ilə İsraildəki cavab görüşünə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. "Ağ-qaralar"ın rəhbəri Azərbaycanın ən titullu klubunun 1:2 hesablı məğlubiyyəti və avrokuboklarda mübarizəni dayandırmasına münasibət bildirib, həmçinin yeni mövsümlə bağlı hədəfləri açıqlayıb.
 
– “Neftçi”də demək olar hamı “Bney Yehuda”nı keçmək üçün nəsə alınmadığını deyir. Sizcə, nə alınmadı ki, yekunda avrokuboklarda mübarizəni dayandırdırdınız?
– Ümumiyyətlə, Avroliqa qarşılaşmaları çempionat oyunlarından çox fərqlənir. Burda kubok sistemidir, mübarizə iki matçdan ibarətdir. Komanda nəinki oyunun, oyunun hansısa bir hissəsinə köklənməyibsə, hardasa konsetrasiyanı itirirsə, Bu, kollektivə baha başa gəlir. Bu turnirdə iki oyunda hər dəqiqənin dəyəri var. Avropa Liqasının I təsnifat mərhələsində bizə təzyiq var idi ki, Moldova "Sperantsa"sı zəifdir və onları keçməliyik. Komanda bunun öhdəsindən gəldi. İkinci mərhələdə isə Rusiya "Arsenal"ı rəqibimiz oldu. Onlar keyfiyyətinə, büdcəsinə və çıxış etdiyi çempionata görə bizdən üstündür. Komanda var gücünü ora sərf etmişdi. "Bney Yehuda" ilə görüşlərdə isə komanda psixoloji cəhətdən o məsuliyyəti dərk edə bilmədi. Əsas məsələ də budur. Statistikaya nəzər salmaq istəmirəm. Birinci və ikinci matçda top 70 faiz bizdə idi. Ancaq müdafiə baxımından çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Olar bilər ki, futbolçularda psixoloji hazırlıq çatmırdı.
 
– İsraildəki görüşdə son ana qədər müsbət nəticə olacağını gözləyirdik. Buna komandanın oyununda yaxşılığa doğru dəyişiklərin olacağına görə ümid edirdik. Baş məşqçi isə birinci görüşlə müqayisədə kreativlik edə bilmədi. Bunun səbəbini nədə görürsünüz?
– Ümumiyyətlə, Avropada "avtobus müdafiəsi" ifadəsi mövcuddur. "Avtobusu" qurmağı bacaran məşqçi varsa, lazım olanda onu qura bilir. O sıxlıqda olan müdafiəni yarmaq çox çətin idi. Bu komandalarla oynamaq çətin olur. Səbəb isə tək bu deyil. Komanda psixoloji cəhətdən daha hazır olsa, nəsə etmək olardı. "Arsenal"la matçdan bir həftə sonra oyuna çıxdıq. Hardasa hazırlıq dönəmində boşluqlar var idi. Amma bu komandaya qarşı oynayıb qələbə qazanmaq lazım idi.
 
– "Neftçi" Roberto Bordinin rəhbərliyi altında qapanan komandalara qarşı oynaya bilmir…
– Çətindir. Beşli müdafiə fərqli ola bilər. Belə komandalara həm qalib gəlmişik, həm də məğlub olmuşuq. Bu, futboldur.
 
– Bordin istədiyi heyəti qurmuşdu. Rəhbərlikdən heyət baxımından nə istəmişdisə, hər şey arzuolunan səviyyədə idi.
– Daha öncəki müsahibəmdə qeyd etmişdim ki, biz transfer məsələlərini hələ yekunlaşdırmamışıq. Buna baxmayaraq, hər futbolçunu komandaya dəvət edə bilmərik. Bizə güc qatan və səviyyəmizi qaldıran oyunçu axtarırdıq və indi də axtarışlar davam edir. Qismət olsa, yeni oyunçu cəlb edəcəyik. Transfer işlərini yekunlaşdırmamışıq. İndi isə oyunçu almaq daha çətindir. Ona görə ki, çempionatlar başlayıb. Kimisə gətirmək naminə heç kim bura futbolçu gətirməyəcək. Hesab edirəm ki, yayın əvvəlində etdiyimiz transferlər bu komandanın keyfiyyətini 20-30 faiz artırıb. Biz faciənin yox, üzücü bir nəticənin şahidi olduq.
 
– "Neftçi" bu mövsüm avrokuboklarda nəyi hədəfləyirdi?
– Bizim üçün ən minimum "Sperantsa"nı keçmək idi. Onu da bacardıq. Buna baxmayaraq, "Arsenal”ı məğlub edəndən sonra iştahımız açılmışdı. Çünki irəlidə "Bney Yehuda", ondan sonra "Malmö" klubu var idi. Azarkeşlər, biz və futbolçular üçün qrup mərhələsinin qapısı göründü. Amma ikili oyunlarda hər şey ola bilər. Biz "Arsenal"ı da keçə, "Bney Yehuda"ya isə uduza bilərik. Bizim üçün çox üzücüdür. İlk iki oyunda azarkeşlərimiz 5000 km yol qət ediblər, xaricə səfər ediblər. Həmin səfərlərdən qələbə ilə qayıdıblar. 6 oyuna görə onların hamısına təşəkkür etmək istəyirəm. Onlar bizi son nəfəsə qədər dəstəkləyiblər. İnanmaq istəyirik ki, "Neftçi" daha da güclü olacaq. Yenə qeyd etmək istəyirəm ki, bu, bizim üçün faciə deyil, amma daha yaxşı ola bilərdi.
 
– Sosial şəbəkələrdə bəzi müzakirələr başlayıb. Azarkeşlər hesabat tələb edirlər və baş məşqçinin getməsini istəyənlər də var. Bu, sizin üçün nə dərəcədə önəmlidir?
– Komandanın içində hansı proseslər getməlidirsə, onlar baş verəcək. Bu məsələyə bütün prizmalardan baxılacaq. Məşqçi korpusu, idman direktoru, hətta futbolçularla görüşümüz olacaq. Çünki ayın 19-u bizim çempionatda ilk oyunumuzdur. Amma bu, media və ictimaiyyət üçün deyil. Sırf komandanın daxilində olan proseslərdir. Avropa Liqasında 6 oyun oynadıq. Yalnız sonuncu matçda minimal hesabla məğlub olduq. 4 qələbəmiz var. Çoxlu qol vurmuşuq. İnsanları sevindirmişik. İndi hamı təbii ki, bu məğlubiyyətə görə narazı ola bilər. Azarkeşin haqqı var. Komandaya dəstək olmaq lazımdır. Həyat dayanmır. Futbol davam edir. Biz nəyisə öyrənmişik. Boşluqları görmüşük. Bütün bunların üzərində işləməliyik.
 
– “Neftçi”nin avrokuboklardakı çıxışına görə italiyalı baş məşqçisinin işinə necə qiymət verərdiniz?
– Ötən ilə ümumiyyətlə qiymət vermək istəmirəm. Çünki o fiasko idi. 3:1 hesablı qələbədən sonra başqa cür hazır olmalı idik. Amma bu il minimum qoyulan planın öhdəsindən gəldi. Ona görə birdən-birə onu günahkar hesab etmək olmaz. Hamımız günahkarıq. Qələbə qazananda hamının qələbəsi olursa, məğlubiyyətdə də belə olmalıdır. Bəlkə də rəhbərlik tərəfindən oyunçulara lazım olan sözlər çatmayıb, baş məşqçinin işi düzgün qurulmayıb. Həmişə futbolçuları qınamaqdan uzaq durmuşam. Biz nə qədər çalışsaq da, oynayan onlardır. Ən çox onlara dəstək olmağa çalışırıq. Bu dəfə alınmadı. Onlar peşəkar insanlardır. Özləri anlayacaqlar.
 
– "Neftçi"də olduğunuz müddət sizin özünüz üçün də böyük təcrübə olub. Təcrübəyə əsasən, flaqmanın növbəti mövsüm üçün hədəf və gözləntiləri nədir?
– Biz birinci yer uğrunda mübarizə aparacağıq. Burada başqa bir məqsəd ola bilməz. Məqsəd birinci yeri tutmaq və ölkə kubokunu qazanmaqdır. "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormal olar.
 
– Bordin İsraildəki oyundan sonra bildirdi ki, komandada bəzi dəyişikliklər etmək lazımdır. Baş məşqçi nəyi nəzərdə tuturdu?
– Bəzilərinin fikrinə görə ehtiyat oyunçular skamyamızda əsas heyətdə oynaya biləcək futbolçularımız var. İndi ehtiyat skamyamız yaxşıdır. Hansısa mövqedə futbolçu tapşırığı yerinə yetirə bilmir və zəif çıxış edirsə, onun yerinə oyunçumuz var. Ön xətdə istənilən futbolçunu əvəzləmək olar.
 
– Oyunlarda psixoloji hazırlıqları qeyd etdiniz. Bunun növbəti dəfə təkrarlanmaması üçün nə etmək lazımdır? Komanda "Arsenal"ı udur, amma ondan zəif olan kollektivə məğlub olur…
– Futbolda konkret yazılmış qaydalar yoxdur. 10 ildir ki, futboldayam. Yəqin ki, bir yolun tapacağıq. Çempionat bizim üçün 3 gündən sonra başlayır. Komanda məsuliyyəti dərk edir. Onların qarşısına böyük hədəflər qoyulub. "Uypeşt" məğlubiyyətindən sonra hamı pis vəziyyətdə idi. Biz söz tapa bilmirdik. Burada məğlub olduq və bu, üzücüdür. Kollektivə dəstək lazımdır. Azarkeşlər dəstək olmalıdır. Rəhbərlik öz işini görəcək. Bu dəfə rəqibdən cəmi bir top az vurduq. Üçüncü mərhələdə zəif rəqib yoxdur. UEFA klubları mükafatlandırır və klublar var gücünü qoyur ki, mərhələ adlaya bilsin. İsrail çempionatı yarım pillə, bəlkə də bir pillə bizim Premyer Liqadan öndədir. Ən azından komanda sayına görə… Bizim çempionatda da güclü kollektivlər var.
 
– Ötənilki "Neftçi" ilə builki komanda arasında fərq var?
– Əlbəttə. İnanmıram ki, keçənilki komanda "Arsenal"ı məğlub edərdi. Bunu bilmək və anlamaq üçün məktəbə gedib, futbol dərsi öyrənməyə ehtiyac yoxdur. Görünürdü ki, komandamız böyüyüb. Bu yöndə hələ də işlər gedir.
 
– Çempionatda yenə "Qarabağ"la "Neftçi" savaşı olacaq? Bəzi klublar yetəri qədər zəifləyiblər…
– Bu barədə heç nə deyə bilmərəm. Bir neçə il əvvəl "Sumqayıt"da işləyirdim. Komanda birinci yer uğrunda mübarizəyə qoşulmurdu. İkinci və üçüncü yerlər uğrunda yarışırdı. Bu dəfə hansı komandanın "Qarabağ"a və "Neftçi"yə rəqib olacağını Allah bilir. Bəlkə 2-3 turdan sonra o suala daha asan cavab verdim. Bütün komandalara uğurlar arzulayıram. Çempionat başlayır. Bu münasibətlə azarkeşləri təbrik edirəm. Ən azından həftəsonu gəlib oyunlara baxsınlar, komandalarını dəstəkləsinlər. Öz növbəmdə deyirəm ki, "Arsenal"la oyunun 80-ci dəqiqəsindən sonra bizim azarkeşlər telefonlarının işıqlarını yandırmışdı. İnanmaq istəyirəm ki, bunu çempionat oyunlarında nəvaxtsa, görəcəyəm. Çox möhtəşəm bir şey idi. Futbolçulara da güc gəlir. Futbolumuza ölkədə maraq artır. İstəyirəm ki, çempionata da insanlar gəlsinlər və tribunaları doldursunlar.
 
– Çempionat başlasa da, klubun bazası hələ də hazır deyil…
– Baza üçün bütün lazım olan işlər görülür. Bazanın harada yerləşdiyi hamıya bəllidir. Müəyyən sənədləşmə işlərində problemlər var. Onlar aradan qaldırılacaq. Proses davam edir (apa.az).
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm