Dünya futbolu
Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi
Gürcüstan “Saburtalo”sunda Ermənistan “Ar…
Gürcüstan “Saburtalo”sunda Ermənistan “Ararat”ı ilə Tiflisidə keçirilən son oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb. Bununla bağlı yerli klub Gürcüstanın Futbol Federasiyasına (GFF) müraciət edib. Klub GFF-dən oyunun danışılmış olub-olmaması ilə bağlı araşdırma aparmağı xahiş edib.
Federasiyadan bildirilib ki, “Saburtalo” komandasının müraciəti UEFA-ya göndəriləcək. Qurumdan qeyd olunub ki, danışılmış oyunlar olan halda UEFA Gürcüstan tərəfini mütləq məlumatlandırır.
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Saburtalo” və “Ararat” arasında görüş avqustun 14-də Tiflisinin Mixail Mesxi adına stadionunda baş tutub. Qarşılaşma 2:0 hesabı ilə Ermənistan komandasının qələbəsi ilə başa çatıb. Avqustun 6-da İrəvanda keçirilmiş ilk görüşdə isə “Saburtalo” 2:1 hesabı ilə qalib gəlmişdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə