Dünya futbolu
“Tottenhem”dən “Beşiktaş”a – RƏSMİ
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbol&…
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Tottenhem”dən Kevin Nkudunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi “qara qartal”la 4 illik müqavilə imzalayıb.
“Beşiktaş” Nkudu üçün “Tottenhem”ə 4,5 milyon avro təzminat ödəyəcək.
İstanbul klubu bu yay Nkududan öncə Adem Lyayiçin transfer hüququnu almış, həmçinin Duqlas, Viktor Ruis, Pedro Reboşo və Tayler Boydu transfer etmişdi.