Dünya futbolu
“Volfsburq”un forvardı Super Liqa klubunda
Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbol…
Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Volfsburq” klubunun kamerunlu hücumçusu Pol-Jorj Ntep de Madibanı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvard 1 illik icarəyə götürülüb. Madiba ötən mövsümü icarədə əsasında Fransanın “Sent-Etyen” klubunda keçirib. Kamerun yığmasında da oynamış futbolçu daha öncə “Oser” və “Renn” klublarında da çıxış edib. O, “Volfsburq”a 2017-ci ildə transfer olunub
“Kayserispor” İsveçrənin “Sion” klubunda forma geyinən braziliyalı yarımmüdafiəçi Adrian Tavaresi də 1 illik icarəyə götürüb. “Flamenqo”nun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində “Kalyari”, “Lids”, “Nant” klublarında da çıxış edib. 2017-ci ildən “Sion”da çıxış edən yarımmüdafiəçi, ötən mövsüm 20 oyuna çıxıb, 7 qolla yadda qalıb.
Kayseri təmsilçisi 21 yaşlı hücumameyyli yarımmüdafiəçi Furkan Polatı da heyətinə qatıb. “Osmanlıspor”un yetirməsi olan futbolçu ilə 5 illik müqavilə imzalanıb.